• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtdakı qarşıdurmaya nazirlikdən - Reaksiya

Sumqayıtdakı qarşıdurmaya nazirlikdən - Reaksiya
24.04.2014 22:16
Sumqayıtda 10-cu mikrorayonun Babək küçəsinin sakinləri və sahibkarlar arasında qarşıdurma yaşanması ilə bağlı yayılan xəbərlərə rəsmi reaksiya gəlib. 
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə  “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Babək küçəsində yaşayanlarla sahibkarlar arasında hər hansı qarşıdurmadan, ağacların kütləvi şəkildə kökündən çıxarılmasından söhbət gedə bilməz: “Heç kadrlarda da elə görüntü yoxdur. Elə həvəskar kadrlardan da açıq-aşkar görünür ki, haqqında söhbət gedən yer  boş və çöllük ərazidir, həmin ərazidə gözə dəyən hər hansı ağac da yoxdur. Ancaq bununla belə ərazi özəl mülkiyyətə aiddir, oranın konkret sahibi var və həmin şəxs də bu yerdə abadlıq işləri həyata keçirmək istəyir. Lakin həmin məkana yaxın ərazidə yaşayan bir neçə şəxs öz şəxsi maraqlarından çıxış edərək abadlıq işlərinin aparılmasına və ərazidə texnikanın işləməsinə mane olurlar. Onlar həmin ərazini zəbt etmək niyyətilə bir neçə ting əkiblər ki, sonradan oraya hər hansı formada aidiyyatları olmalarını belə yolla "isbatlaya" bilsinlər. 
Təbii ki, polis əməkdaşları torpaq sahibinin müraciəti əsasında hadisə yerinə gəlib və üzərlərinə düşən vəzifələri yerinə yetirərək hüquqazidd əməllərin qarşısını operativ şəkildə alıblar. Qanunsuz hərəkətlərinə guya vətəndaşlarla sahibkarlar arasında qarşıdurma donu geydirmək istəyən bir neçə sakini isə bu işlərə Şahnisə Səlimova adlı qadın təhrik edir. İctimai qaydanı pozan, polisin qanuni tələblərinə tabe olmayan bu şəxs barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görüləcəkdir. Bir sözlə, qarşıdurma, ağacların çıxarılması barədə deyilənlər əsassızdır və şayiədir”.  
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol