Bu gün az da olsa özümüzü azad hesab etdik - Bəxtiyar Hacıyev

İctimai fəal Bəxtiyar Hacıyev bu gün keçirilən aksiyanı baş tutduğunu təsdiqləyib, bu barədə o anews.az-a açıqlamasında bildirib.
"Son zamanlar ictimai-siyasi fəallara,jurnalistlərə və ayrı-ayrı siyasətçilərə qarşı olan cinayətlərin arxasında hakimiyyətin durduğunu düşünürük. Bu cür halların dayandırlması üçün vətəndaş cəmiyyəti,ictimai fəallar və jurnalistlər belə bir aksiyanın keçirilməsini təyin etdik. Bəzi zorakılıq hallarının olmasına baxmayaraq aksiyamız baş tutdu. Hüquq müdafiəçisi Zaur Əkbər polis tərəfindən təpiklə vurulub. Kaş ki, bu aksiya tam dinc baş tutardı.Bu gün ilk dəfə az da olsa özümüzü azad hesab etdik. Bundan sonra çalışacayıq ki, zəncirvari cinayətlər dayansın. Cəmiyyət olaraq biz bunu bərabər formada etməliyik. Bu aksiyada bizə dəstək olan hərkəsə təşəkkür edirik", - Hacıyev bildirib.
Daxili İşlər Nazirinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, bu gün baş tutan aksiyada heç kəs saxlanılmayıb. Ərazidə polislər tərəfindən aparılan şəxslər sadəcə ərazidən uzaqlaşıdırıb.
Bu gün bir qrup ictimai fəal Bakının Fəvvarələr Meydanında etiraz aksiyası keçirmək barədə qərar qəbul edib. Aksiya ictimai-siyasi xadimlərə qarşı artan fiziki zorakılıq və təhdidlərə qarşı etiraz məqsədi daşıyıb.
Təşkilat Komitəsinin müraciətində deyilir ki, ictimai-siyasi fəallar, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri son zamanlar Azərbaycanda tanınmış ictimai-siyasi şəxslərə qarşı törədilmiş cinayətlərə, artan zorakılığa və cəzasızlığa etiraz ediblər.
Aksiyanın Təşkilat Komitəsinə 24 ictimai fəal daxildir.
Aksiya polis nəzarəti ilə baş tutub və aksiya iştirakçıları sonda bəyənatı oxuduqdan sonra ərazıdan uzaqlaşıblar

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib