Bakıda şadlıq sarayında yanğın olub

Bakıda şadlıq sarayında yanğın olub.
Anews.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 2400 m² (hər mərtəbəsi 600 m²) olan dördmərtəbəli şadlıq sarayının dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.
Yanğın söndürülüb
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























