• $
  • €
  • ₽
  • ₺
  • £

"Kontakt Home"un şikayəti təmin olunmadı

"Kontakt Home"un şikayəti təmin olunmadı
16.05.2022 11:55
"Kontakt Home" şirkətinin fəal Emin Xəlilovun işə bərpası ilə bağlı məhkəmə qərarına verdiyi apelliyasiya şikayəti təmin edilməyib. Bununla bağlı  Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib

Hakim Fuad Talışinskinin sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Sözügedən qərar ilə fəal işinə bərpa olunacaq.
 
2021-ci il avqustun 6-da Xəzər Rayon Polis İdarəsinin binası qarşısında etiraz aksiyasında iştirak etdiyinə görə "Kontakt Home" (elektron və məişət texnikası mağazalar şəbəkəsi) şirkətində işdən çıxarıldığını bildirib.

"Avqustun 6-da üzrlü səbəbdən mağaza rəhbərliyindən icazə almışam. İşim bitdikdən sonra xəbər tutdum ki, bir qrup gənc fəal məişət zəminində qadınların öldürülməsinə qarşı etiraz aksiyası keçirəcək. Mən də aksiyaya qoşuldum. Aksiyadan bir gün sonra isdə dedilər ki, məni işdən azad ediblər, baş ofisə getməliyəm. Orada mənə dedilər ki, polis mənim aksiyadan fotomu  göndərib,  buna görə də rəhbərlik mənimlə  çalışmaq istəmir", - Xəlilov bildirib.


Xəlilov ötən ilin sentyabrında 'Kontakt Home" məhkəməyə verib.


Cari ilin fevralın 17-də  Yasamal Rayon Məhkəməsində hakim Günay Axundovanın sədrliyi ilə baş tutan, ictimai fəal Emin Xəlilovun "Kontakt Home" şirkətinə qarşı qaldırdığı məhkəmə iddiası təmin olunub.
 
Məhkəmə qərarına görə, Emil Xəlilov  "Kontakt Home"un Sumqayıt filialında işə bərpa olunmalı və bu müddət ərzində almadığı maaş ona qaytarılmalı idi.
 
Ləman Qasımova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol