• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə ilk dəfə pilotsuz helikopterlər alır

Türkiyə ilk dəfə pilotsuz helikopterlər alır
16.05.2022 18:30
Türkiyə ordusu bir il ərzində kəşfiyyat, döyüş patrulları, silah və yüklərin çatdırılması üçün istifadə olunacaq dörd pilotsuz helikopter alacaq. Bu barədə "Milliyet” nəşri yazıb.
 
Nəşrin məlumatına görə, süni intellektə malik ilk helikopter yaxın günlərdə ordu tərəfindən terrorla mübarizəyə cəlb olunacaq. Belə platformalara xüsusilə Suriyanın Türkiyə ilə həmsərhəd bölgələrində tələbat var, çünki burada tez-tez kürd yaraqlılarına qarşı əməliyyatlar aparılır.
 
Pilotsuz helikopterin tərtibatçılarının fikrincə, onun adi PUA-lardan üstün cəhətlərindən biri buludların altında uçmaq qabiliyyətidir ki, bu da onu istənilən hava şəraitində istifadə etməyə imkan verir.
 
Qəzet helikopteri yaradan "TITRA” şirkətinin nümayəndələrinə istinadən yazır ki, pilotsuz helikopter hərbi tapşırıqların həlli ilə yanaşı, meşə yanğınlarının söndürülməsində, kənd təsərrüfatında, mülki obyektlərin mühafizəsində istifadə oluna bilər.
 
Şirkət, həmçinin bildirib ki, pilotsuz təyyarənin alınması ilə bağlı müraciətlər xaricdən, əsasən də neft hasil edən ölkələrdən gəlir. Pilotsuz helikopterin çəkisi 250 kq-dır. O, 8 saat havada qala və 6,5 km hündürlükdə uça bilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol