Milli Qəhrəmanın həyat yoldaşının məhkəməsi təxirə salındı

Azərbaycanın Milli Qəhrəmanı Pərviz Səmədovun həyat yoldaşı Mətanət Şahvələdovanın ona verilən Prezident təqaüdünün bərpa olunmaması ilə bağlı keçirilən məhkəmə prosesi aprelin 23-nə təyin olunub, bu barədə anews.az-a Milli Qəhrəmanın həyat yoldaşı bildirib.
Milli Qəhrəmanı Pərviz Səmədovun həyat yoldaşı Mətanət Şahvələdovaya 2021-ci ilə qədər Prezident təqaüdü verilib. Amma 2021-ci ildən sonra bu vəsaitin verilməsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən dayandırılıb. Səbəb olaraq bildirilib ki, xanımın Pərviz Səmədovla rəsmi nigahı yoxdur, ona görə ona təqaüd düşmür. Amma şəhidin həyat yoldaşı bildirir ki, Pərviz Səmədovla evlənəndə 17 yaşı olub, azyaşlı olduğu üçün nigaha daxil ola bilməyiblər. Evləndikdən 4 ay sonra yoldaşı müharibəyə gedib və 1992-ci il mayın 15-i şəhid olub.
"Gəncə Kəpəz rayon məhkəməsinin sədri Tural Qocayev iştirakı ilə mayın 6-da məhkəmə prosesində tanışlıq oldu. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin üç hüquqşünası məhkəmədə iştirak etdi. Mənə bildirdilər ki, sonuncu məhkəmə aprelin 23-nə təyin olunub və orada yekun qərar veriləcək. Ümid edirəm mənim haqqım bərpa olunacaq. Hələ sonuncu məhkəməni gözləyirəm",- Şahvələdova qeyd edib.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən məsələyə münasibət olaraq bildirilib ki, məhkəmə mayın 23-nə təyin olunacaq. Nazirliyin mövqeyi proses başa çatdıqdan sonra açıqlanacaq.
Şəhid ailəsinin ümidi mayın 23-də keçiriləcək məhkəmənin qərarınadır.
Şəhid Pərviz Səmədov Birinci Qarabağ savaşı zamanı Ağdam uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub. O, Şelli, Pircamal, Naxçıvanlı, Aranzəmin kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub. Pərviz Səmədov kəşfiyyat hissəsinə başçılıq edib, onun sayəsində erməni əsgərlərinin onlarla zirehli texnikası, silah-sursatı aşkarlanıb və məhv edilib. 1992-ci il mayın 15-də Ağdamın Gülablı kəndində dəhşətli döyüşlər zamanı Səmədovun rəhbərlik etdiyi bölük ermənilər tərəfindən vurulmuş "Təcili yardım" vertolyotunun ekipajını xilas edib. O, həmin əməliyyat vaxtı snayper gülləsindən ölüb.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib