• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə imtahan suallarını satan azərbaycanlılar saxlanıldı

Türkiyədə imtahan suallarını satan azərbaycanlılar saxlanıldı
16.05.2022 22:00
Türkiyənin paytaxtı Ankarada "Scholastic Aptitude Test” (SAT) imtahanının suallarını satmaqda şübhəli bilinən 6 nəfər saxlanılıb.
 
Saxlanılan şəxslər sırasında Azərbaycan vətəndaşları da var.
 
Şübhəli şəxslər imtahan suallarını 2-3 min dollara satmaqda ittiham olunur.
 
Əməliyyatlar zamanı Əfsanə G., Fərnaz H., Fuad K., Ələkbər K., Səid K. və Əli A. saxlanılıb. Şübhəlilərin qaldıqları mənzillərdə aparılan axtarışlar zamanı 11 ədəd SAT imtahanına giriş sənədi, 18 ədəd SAT imtahan sual kitabçası və çoxsaylı rəqəmsal materiallar aşkar edilib.
 
Şübhəli Fərnaz H. tələbələrə sual satmadığını, xaricdən yeni gəldiklərini, qalmağa yerləri olmadığı üçün bibisi Əfsanə G.-nin evinə toplaşdıqlarını bildirib.
 
ABŞ-da ali təhsilə tələbə qəbulu üçün standartlar müəyyən edən qurum olan College Board tərəfindən həyata keçirilən SAT imtahanında Amerika universitetlərində bakalavr təhsili almaq istəyən tələbələr və Türkiyə universitetlərində təhsil almaq istəyən əcnəbi tələbələr iştirak edir. SAT tələbələrin ingilis dilində oxu, yazı, riyaziyyat və kompozisiya kimi sahələrdə bacarıqlarını qiymətləndirir.
 
Tələbələrin yerləşdiyi ölkədə beynəlxalq mərkəzdə tətbiq edilən və 5 il müddətində etibarlı olan imtahan ABŞ-da ildə 7, Türkiyədə isə 6 dəfə keçirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol