• $
  • €
  • ₽
  • ₺
  • £

Şəmkirdə evdə yanğın olub

Şəmkirdə evdə yanğın olub
16.05.2022 21:00
Şəmkirdə evdə yanğın olub.
 
Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, bu gün günorta saatlarında FHN-in "112” qaynar telefon xəttinə Şəmkir şəhəri, E.Hüseynov küçəsində vətəndaşa məxsus ikimərtəbəli evdə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
 
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yanğın vətəndaş Süleymanov Fuad Taptıq oğluna məxsus ümumi sahəsi 280m² olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin 1-ci mərtəbəsindəki qarajda baş verib və alovun evin digər hissələrinə keçmək riski çox yüksəkdir.
 
Havanın küləkli və yanğının mürəkkəbliyinə baxmayaraq, yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində qarajda baş vermiş yanğın qısa müddətdə söndürülərək evə yayılmasına imkan verilməyib.
 
Yanğın nəticəsində qarajın yanar konstruksiyaları və içərisindəki avadanlıqlar ümumilikdə 20m² sahədə yanıb, ev yanğından mühafizə olunub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol