• $
  • €
  • ₽
  • ₺
  • £

Ramiz Göyüşov Əli Əliyevi məhkəməyə verdi

Ramiz Göyüşov Əli Əliyevi məhkəməyə verdi
16.05.2022 15:36
YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevi Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında məhkəməyə verib.
 
Bu barədə VİP-nin rəsmi feysbuk səhifəsində paylaşım edilib.
 
Bildirilib ki, 20 may 2022-ci il saat 12:00-da Yasamal Rayon Məhkəməsində ilk prosses olacaq.
 
Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdə polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun sağ qalmasının mümkün olmadığını deyib. Bundan sonra DSX-nin zabitləri partiya sədrinə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında ayrı-ayrılıqda şikayət veriblər. Yanvarın 13-də Əli Əliyevə birinci şikayət üzrə 5 ay həbs cəzası verilmiş, aprelin 15-də isə ikinci şikayət üzrə həbs cəzası daha 1 ay uzadılıb.
 
Ötən ilin sentyabr ayında sosial şəbəkələrdə YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun qeyr-etik görüntüləri yayılıb. YAP-dan yayılan görüntülərlə bağlı açıqlamada Ramiz Göyüşovun partiyanın Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə ötən ilin 30 iyun tarixində keçirilmiş hesabat konfransında xitam verildiyi bildirilib.
 
Ramiz Göyüşov həmçinin, partiya sıralarından da xaric edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol