7 yaşlı daun sindromlu qız məktəbdə öldü

Bakıda 7 yaşlı qız təhsil aldığı məktəbdə vəfat edib.
Bildirilib ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində yaşayan, daun sindromlu 10 oktyabr 2015-ci il təvəllüdlü şagird Vəliyeva Svetlana Vüqar qızının bu gün həmin məktəbdə vəfat etməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırma ilə müəyyən edilib ki, Svetlana Vəliyevanın səhhətində problem yarandığından "Təcili Tibbi Yardım” çağırılıb və ona tibbi yardım göstərilməsinə baxmayaraq, bu gün saat 06:00 radələrində vəziyyəti qəflətən ağırlaşaraq vəfat edib.
Svetlana Vəliyeva 2021-ci ilin oktyabr ayında kəskin respirator infeksiyası, neyrotoksikoz diaqnozu ilə stasionar şəraitdə uzunmüddətli müalicə alıb.
Məhkəmə-tibbi ekspertin iştirakı ilə aparılan müayinə zamanı Svetlana Vəliyevanın bədəni üzərində hər hansı xəsarət izi və zorakılıq əlamətləri aşkar edilməyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























