Qarabağa investisiya qoymaq istəyən Avropa şirkətlərinin sayı artıb

Avropa müəssisələrinin 54%-i Qarabağ və Şərqi Zəngəzura investisiya qoymaq istəyir. Bu barədə Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan biznes forumunda forum qrupunun rəhbəri Boqdana Efe bildirib.
"Avropa şirkətlərin 40 %-i Qarabağ və Şərqi Zəngəzurun hesabına öz bizneslərini genişləndirməyə hazırdır. Alternativ enerji, "yaşıl" layihələr və nəqliyyat infrastrukturu Qarabağ və Şərqi Zəngəzur regionlarında investisiya üçün cəlbedici istiqamətlərdəndir və şirkətlərin 30 faizi bu sahələrə maraqlıdır. 25%ə yaxın respondent kənd təsərrüfatı və emal sənayesini prioritet istiqamət ", - Efe bildirib.
Efe vurğulayıb ki, Aİ ölkələrini təmsil edən şirkətlərin 80%-i Azərbaycan ilə biznes qurmağa hazırdır.
Avropa İttifaqının Azərbaycana investisiyası 20 milyard ABŞ dollarından çox olub. 2021-ci ildə Azərbaycanla Avropa Ittifaqı ölkələri arasında ticarətin həcmi rekord həddə - 15,4 milyard avro təşkil edib. Bu da Azərbaycanın ümumi ticarət dövriyyəsinin 45%-ni təşkil edir.
Bu gün Bakıda Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes forumu keçirilir. Tədbirin təşkilatçıları Aİ-nın Azərbaycandakı nümayəndəliyi, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, Azərbaycan-İtaliya Ticarət Palatası, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO). Biznes forumu Azərbaycanla Aİ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, şirkətlər arasında səmərəli əməkdaşlığın qurulması məqsədi daşıyır.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























