• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin yeni aparat rəhbəri kimdir? - DOSYE

Milli Məclisin yeni aparat rəhbəri kimdir? -  DOSYE
17.05.2022 13:42
Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Fərid Hacıyev parlamentin aparat rəhbəri vəzifəsinə təyinat alıb.

Anews.az Fərid Hacıyevin dosyesini təqdim edir:

İxtisaca hüquqşünas olan Hacıyev 1989-cu il aprelin 25-də anadan olub.
 
 O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Hacıyev həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğunun təşkili və idarəedilməsi üzrə magistr təhsili alıb.

Fərid Hacıyev 2012-ci ildən Azərbaycan Respublikasının Milli Məclisində fəaliyyət göstərməyə başlayıb. Bu vəzifəyə təyin olunana qədər isə Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.

2020-ci ilin 4 iyulunda Milli Məclisin spikeri Sahibə Qafarovanın köməkçisi vəzifəsinə təyin olunub. 2021-ci il fervalın 4-də isə Fərid Hacıyev Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinə müdir təyin edilib. Fərid Hacıyev bu vəzifədə İlqar Fərzəliyevi əvəz edib.
 
O, Azərbaycan Respublikasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə təmsil olunub, beynəlxalq təlimlərdə iştirak edib və müvafiq sertifikat alıb. TürkPA ilə əməkdaşlıq çərçivəsində bir neçə model qanunun müəllifidir.
 
Parlamentin aparatının rəhbəri 26 il idi ki, Səfa Mirzəyev idi. Bir neçə gün öncə Səfa Mirzəyev parlamentin aparat rəhbəri vəzifəsindən azad edilib. Səfa Mirzəyev yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, 1996-cı ildən bu vəzifəni tuturdu.


Ləman Qasımova





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol