• $
  • €
  • ₽
  • ₺
  • £

"Amnesty International" Qarabağda bu şəxslərin hüquqlarının pozulduğunu deyir

"Amnesty International" Qarabağda bu şəxslərin hüquqlarının pozulduğunu deyir
17.05.2022 21:44
Dağlıq Qarabağ münaqişəsi zamanı yaşlı insanların hansı xüsusi risklərlə qarşılaşdı. Azərbaycan hakimiyyəti onların mənzil və yaşamaq üçün lazımi gəlir ilə təmin edilməsi üçün gərəkli hər şeyi etməlidir.  Bu "Amnesty International" təşkilatının  mayın 17-də dərc etdiyi yazıda öz əksini tapıb.

"Ən son qaçış: Dağlıq Qarabağda münaqişə zamanı yaşlı insanların məcburi köçürülməsi və onlara qarşı hərbi cinayətlər" adlanan hissədə ermənilərin hüquqlarının pozulmasından bəhs edilir.

"Azərbaycanda yaşlı insanlar üçün məcburi köçkünlük və qayıdışa hazırlıq necə keçir" adlı ikinci hissədə isə Azərbaycanın yaşlı nümayəndələrinin çəkdiyi əziyyətlər söz açılıb.

"Onillər boyunca Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda münaqişə insanlar üçün iztirab mənbəyi olub. Bütün köçkünlər ilkin yaşayış yerlərinə təhlükəsiz şəraitdə qayıtmaq hüququna malikdirlər. Yaşlı insanların üzləşdiyi xüsusi risklər nəzərə alınmalıdır. Azərbaycan hakimiyyəti onların lazımi mənzil və digər insanlarla eyni şəkildə qazanc əldə etmək imkanı ilə təmin edilməsi üçün ondan asılı olan hər şeyi etməlidir", - təşkilatdan bildirilib.
"Amnesty International" təşkilatı vurğulayıb ki,  Ermənistanın mülki obyektləri məhv etməsi və vətəndaşların əmlakını müsadirə etməsi, habelə yerüstü minalardan geniş istifadəsi beynəlxalq humanitar hüquq normalarının pozuntusudur.

"Bu pozuntular nəinki köçkünlərin qayıtmaq hüququnu həyata keçirməsinə mane olur, həm də Azərbaycanın məcburi köçkünlərin münaqişənin əhatə etdiyi rayonlara köçürülməsi üzrə səylərinə ciddi maneə törədir", - yazıda qeyd olunub.

Bu qeyri-hökümət təşkilatın əsası 1961-ci ildə Böyük Britaniyada qoyulub. Onun məqsədi "özünün insan haqlarının təbliği sahəsində işi kontekstində fiziki və psixoloji toxunulmazlıq hüququnun, vicdan və özünüifadə azadlığının, diskriminasiyadan azad olma azadlığının pozulmasının qarşısının alınması və dayandırılmasına yönəldilmiş tədqiqatlar və hərəkətlər həyata keçirilməsidir. 
 
Ləman Qasımova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol