• $
  • €
  • ₽
  • ₺
  • £

Saxlanılan AXCP üzvü buraxılıb

Saxlanılan AXCP üzvü buraxılıb
18.05.2022 07:22
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mingəçevir şöbəsinin fəalı, saxlanılan Ceyhun Rzayev sərbəst buraxılıb. Bu barədə partiyadan bildirilib.

Mayın 17-də onu mülki geyimli şəxslər saxlayıb.

"Ceyhun bəy bu gün qızını məktəbdən götürərkən 3 nəfər tərəfindən saxlanılıb. Qızına isə deyiblər ki, sən get evə atan tezliklə evə qayıtmayacaq", partiyanın məlumatında qeyd olunub.

Ceyhun Rzayev  cari il mayın 14-də Bakıda "Kriminal dövlət istəmirik!" şüarı ilə keçirilən aksiyaya dəstək olaraq Mingəçevirdə təkadamlıq aksiya keçirib. Daha sonra saxlanılıb və bir müddət sonra isə  sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, Rzayev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb.

"Özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü kimi təqdim edən və əvvəllər Cinayət Məcəlləsinin 182, 234, 243 və 244-cü maddələri ilə məhkumluq həyatını yaşayan şəxs narkotik dövriyyəsində şübhəlidir. Hazırda onun barəsində müvafiq araşdırma aparılır. Araşdırma nəticəsindən asılı olaraq əməli tövsif olunacaq. Rzayevin saxlanmasında heç bir siyasi motiv yoxdur", - o bildirib.
 
Ləman Qasımova



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol