Bakıda 44 yaşlı kişi qətlə yetirilib, cinayət işi başlanılıb

Bakıda 44 yaşlı kişi qətlə yetirilib, cinayət işi başlanılıb.
Hadisə mayın 17-də Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Taleh Heydərov ailə münaqişəsi zəminində qayınatası, 1978-ci il təvəllüdlü Qabil Qənbərovu bir neçə bıçaq zərbələri endirib. Ağır yara alan Q.Qənbərov hadisə yerində ölüb.
Hadisəni törədən T.Heydərov isə ərazidən uzaqlaşıb.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib