Jurnalistin şikayəti təmin olunmadı

Jurnalist Cəmil Məmmədlinin işi üzrə Xaçmaz rayon Məhkəməsinin hökmündən şikayəti təmin etməyib. Bu barədə Sumqayıt Apellyasiya Məhkəməsində qərar qəbul edilib.
Proses hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilib.
Cəmil Məmmədlinin məhkəməyə verilmə səbəbi müəllifi olduğu "Qədim Qubanın müasir günü”, "Yolçunun fayton fırıldağı” adlı araşdırma videolar olub. O, cari il martın 4-də Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin xüsusi ittiham qaydasında şikayəti üzrə 1 il 6 ay islah işlərinə məhkum edib. Məhkəmənin hökmü ilə, jurnalistin qazancının 20 %-i dövlətin nəfinə tutulmalıdır. İcra hakimiyyəti başçısı jurnalistin böhtan və təhqirə görə, azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.
Xaçmaz rayon Məhkəməsinin hökmündən hər iki tərəf apelyasiya şikayəti verib. Jurnalistin vəkilləri hökmün qanunsuz olduğunu iddia edərək, onun ləğv olunmasını, Məmmədliyə bəraət verilməsini tələb edib. İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev isə jurnalistə daha ağır cəza verilməsini, onun azadlqıdan məhrum edilməsini tələb edib.
Aşağı məhkəmənin gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası hər iki apelyasiya şikayətini rədd edib.
Jurnalist Cəmil Məmmədli Amerikanın Səsinə deyib ki, məhkəmənin qərarı ilə razı deyil və kassasiya şikayəti verəcək.
"Əgər kassasiya şikayətim təmin edilməsə Avropa Məhkəməsinə şikayət verəcəm. Çünki nə birinci instansiya məhkəməsi, nə də apellyasiya insansiyası məndən yazdıqlarım barədə soruşmayıb. İnsanlar mənim yazdıqlarımı təsdiq edir. Məhkəmə mənim vəsatətimi təmin etmir, yazdıqlarımı təsdiq edəcək onlarla şahidi dindirmir. Mənim məqalələrim faktlara və sənədlərə əsaslanır”,- o qeyd edib.
Cəmil Məmmədli hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərir. O əvvəllər Azadlıq Radiosunun bölgə müxbiri olub.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























