Araz çayının suyu 35 % azalıb

Azərbaycanın ən böyük çayları olan Kür və Araz çaylarında sululuq azalmağa doğru gedir. Son məlumatlara görə, Kürün suyu 27 %, Arazın suyu isə 34,6 % azalıb. Bunu "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Meliorasiya və Su Təsərrüfatı obyektlərinin istismarı şöbəsinin baş məsləhətçisi Riad Axundzadə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda su qıtlığı ilə üzləşəcək ölkələr sırasındadır.
"Şirin su ehtiyatlarının 29,9 %-i ölkə ərazisində formalaşır, qalan 70,1 %-i isə xaricdə formalaşaraq transsərhədd çayları vasitəsi ilə Azərbaycan ərazisinə gəlir. Bu da Azərbaycanın su təsərrüfatını yağıntıdan asılı hala salır.
Azərbaycanın ümumi suvarılan torpaq sahələri 1 milyon 443 min hektardır. Suvarma kanallarının ümumi uzunluğu isə 52 000 km-dir. Bu kanalların 73 %-i torpaq məcralı kanallardır.
Aparılan araşdırmalara görə, qlobal istiləşmənin təsiri olaraq 2040-cı ildən etibarən bir sıra ölkələr su qıtlığı ilə üzləşəcək. Təəssüf ki, bu ölkələr sırasında Azərbaycan ilk yerlərdən birini tutur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























