• $
  • €
  • ₽
  • ₺
  • £

Doktorantura və dissertanturaya qəbul imtahanlarının tələbləri açıqlanıb

Doktorantura və dissertanturaya qəbul imtahanlarının tələbləri açıqlanıb
19.05.2022 10:24
Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının yazı blokuna qoyulan tələblər açıqlanıb.
 
Dövlət İmtahan Mərkəzindən "Report"a bildirilib ki, xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı vermək istəyən namizəd (doktoranturaya qəbul olmaq istəyən şəxslər) və iddiaçılar (artıq doktoranturaya qəbul olmuş şəxslər) xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatını, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin bütün növləri üzrə kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama, yazı və danışıq vərdişləri əhatə olunmaqla nümayiş etdirməlidirlər.
 
Yazı bloku üzrə tapşırıq nümunəsi imtahanın istiqamətindən asılı olaraq dəyişir. Belə ki, xarici dil üzrə qəbul imtahanı üçün qeydiyyatdan keçmiş namizədlərdən esse (fikir bildirmə, mühakimə xarakterli və s.) yazmaq tələb olunur.
 
Esse yazarkən namizədlərə qoyulan tələblər bunlardır:
 
Esse seçilmiş xarici dildə olub mövzunun adına uyğun işlənməli;

Tərkib hissələri (giriş, əsas hissə (bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli;

Həcmi 200-250 söz olmalı;

Tərkib hissələri arasındakı məntiqi rabitə gözlənilməli;

Üslubu publisistik olmalı;

Essenin mövzusu dolğun şəkildə şərh edilib, əhatə olunmalı;

Neytrallıq qorunmaqla mövzu ilə bağlı müstəqil fikir yürüdülməli;

Fikirlərin əsaslandırılması üçün müxtəlif sübutedici mənbələrdən yerli-yerində istifadə edilməli;

Akademik yazı qaydalarına əməl edilməlidir.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında isə iddiaçılardan vizual məlumatın (məsələn, cədvəl, diaqram (xətti, dairəvi diaqram) və s) təsvirini vermək tələb olunur.
Vizual məlumatı təsvir edən zaman iddiaçılara qoyulan tələblər bunlardır:
Vizual məlumatın təsviri seçilmiş xarici dildə olub vizual məlumata uyğun olmalı;

Tərkib hissələri (giriş, əsas hissə (xülasə və detalları əhatə etməklə bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli;

Həcmi 150-180 söz olmalı;

Tərkib hissələri arasındakı məntiqi rabitə gözlənilməli;

Elmi-publisistik üslubda olmalı;

Vizual təsvir əsas məqamlara toxunulmaqla əhatəli olunmalı;

Vizual məlumat analiz olunaraq düzgün şərh edilməli və müqayisələr aparılmalı;

Neytrallıq qorunmalı, şəxsi fikirlərə yol verilməməli;

Vizual məlumatın təsvirində tərkib hissələri və fikirlər arasında məntiqi rabitə gözlənilməli;

Vizual məlumat mövzuya uyğun zəngin söz ehtiyatı ilə təsvir olunmalı;

Akademik yazı qaydalarına əməl edilməlidir.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol