Bu il 800 jurnalist üçün təlim keçiriləcək

2022-ci il də 800-ə yaxın jurnalist üçün təlim keçiriləcək. Bu barədə Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli açıqlama verib.
"Biz ötən il 600-dan çox jurnalist üçün təlim keçirmişik. Təlimlər müxtəlif mövzuları əhatə edib. Ədliyyə orqanları ilə jurnalistlərin işi də Azərbaycanın beynəlxalq imicinə birbaşa təsir edən amillərdəndir. Bugünkü təlim də sahəvi jurnalistikanın inkişafına təkan verəcək. Heç bir qurum jurnalistə xəbər verilməsində problem yaratmamalıdır. Əks halda qeyri-dəqiq məlumatların yayılır", - o deyib.
Bu gün, mayın 19-da Ədliyyə Nazirliyinin, Medianın İnkişafı Agentliyinin və Azərbaycan Hakimlər Assosiasiyaları İttifaqının təşkilatçılığı ilə "Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda təlim keçirilir.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























