Bakıda intihara cəhd edən jurnalistin son vəziyyəti AÇIQLANDI

44 günlük Vətən müharibəsi iştirakçısı, intihara cəhd edən jurnalist Nəsimi Şərəfxanlının vəziyyəti barədə yeni məlumat var.
www.anews.az
Kliniki Tibbi Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu bildirib ki, xəstə ayın 14-ü mərkəzə yerləşdirilib.
"Çox ağır vəziyyətdə xəstəxanaya daxil olub. Hazırda vəziyyəti nisbətən yaxşılaşıb. Toksikologiya şöbəsində həkim nəzarətində saxlanılır. Həyati təhlükəsi yoxdur. Həkimlərin sözlərinə görə, şəxs sirkə turşusu içib”.
Jurnalist N.Şərəfxanlı 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsində müalicəsini davam etdirir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























