• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa İttifaqı 14 may aksiyasına münasibət bildirdi

Avropa İttifaqı 14 may aksiyasına münasibət bildirdi
19.05.2022 13:30
Avropa İttifaqı 14 may aksiyasına münasibət bildirib.
 
Azərbaycanda qanunun aliliyi və fundamental azadlıqların müdafiəsi sahəsində baş verən hadisələri diqqətlə izləyir və mütəmadi olaraq hakimiyyət orqanları ilə aparılan dialoqda öz narahatlığımızı bildiririk.
 
Mayın 14-də Bakıda dinc etiraz aksiyasının iştirakçılarına qarşı zorakılıq və jurnalistlərlə ictimai fəallara təzyiqlə iddiaları ilə bağlı  Avropa İttifaqının (Aİ) yerli nümayəndəliyi  cavab verib.
 
Əlavə olaraq, bu yaxınlarda Aİ nümayəndəliyinin jurnalist Aytən Məmmədova ilə görüşdüyü xatırladılıb.
 
"Bundan əlavə, Avropa Xarici Əlaqələr Xidmətinin (AXƏX) Mətbuat Katibi Peter Stano mayın 10-da dərc olunmuş "tvit”də xanım Məmmədovaya qarşı edilən hücumu açıq şəkildə pisləyib.
 
"jurnalistlər öz işlərini yerinə yetirərkən təhlükədə olmamalı, təhdid və hədə-qorxu ilə üzləşməməlidirlər.
Yaxın keçmişdə Aytən Məmmədovaya edilən hücum qəbuledilməzdir.
 
Avropa İttifaqı təyin edilmiş təhqiqatı yaxından izləyəcək və günahkar(lar)ın məsuliyyətə cəlb olunaraq ədalət qarşısında cavab verəcəyinə ümidvardır”,- deyə açıqlamada bildirilib.
 
Son həftələrdə ictimai fiqurların və jurnalistlərin üzləşdiyi təhdidlərə etiraz olaraq mayın 14-də aksiya keçirən ictimai fəallar polis zorakılığı ilə üzləşib, bəzi aksiya iştirakçıları saxlanılaraq, paytaxtdan uzaq bölgələrə aparılıb, bəziləri xəsarət alıb.
 
Aksiyadan sonra Böyük Britaniya səfirliyi polis zorakılığını qınayan bəyanatla çıxış edib.
 
Bəyanat Daxili İşlər Nazirliyinin sərt etirazı ilə nəticələnib.(Toplum tv)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol