Br sıra bələdiyyələrdə Gender komissiyaları yaradılıb

Azərbaycanda gender problemləri ilə bağlı sistemli və əlaqələndirilmiş işin aparılması məqsədilə bələdiyyələrdə Gender komissiyaları yaradılıb.
www.anews.az
"Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizədə milli parlamentlərin rolu" mövzusunda keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, Gender komissiyaları risk qrupuna aid olan ailələrlə iş aparır, mövcud stereotiplərlə mübarizə istiqamətində maarifləndirmə tədbirləri təşkil edir.
"Düşünürəm ki, daha çox bələdiyyələri əhatə etmək üçün müvafiq dəstək göstərmək və təşviqat işlərində qanunlarda nəzərdə tutulan hədəflərə çatmaq üçün parlamentin iştirakı böyük töhfə olardı".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























