• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənovdan Şahbaz Quliyevin ittihamlarına - Cavab

Əli Həsənovdan Şahbaz Quliyevin ittihamlarına - Cavab
19.05.2022 15:47
Mən o adamla əlaqədar heç bir şey demirəm. Bu sözləri Demokrat.az-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənov Şahbaz Quliyevin ona qarşı ittihamlarına cavab verərkən deyib. O, daha sonra fikirlərini belə davam etdirib.
"Zəng edin Dilqəm Əsgərova, ondan soruşun o deyər. Şahbaz adlı adam tanımıram, heç görməmişəm də onun üzünü”.

Əli Həsənov Şahbaz Quliyevlə Dilqəm Əsgərovu Kəlbəcərə göndərməsi ilə bağlı iddialarına da münasibətini bildirib:
 
"Mən Müdafiə Nazirliyi zadam, yoxsa xüsusi xidmət orqanıyam? Dilqəm Əsgərova yığın, o, deyəcək onun danışdıqları nədir və nə üçün danışır. Mənim onla heç bir əlaqəm olmayıb, elə adam da tanımıram”.
 
Uzun müddət erməni girovluğunda qalmış Şahbaz Quliyev Xural TV-yə müsahibəsində sensasion açıqlama verib. Ş.Quliyev deyib ki, Dilqəm və onu Kəlbəcərə o vaxt baş nazirin müavini olan "Qaçqınkom”un keçmiş sədri Əli Həsənov göndərib. O, Kəlbəcərə Əli Həsənovun kabinetindən yola salındıqlarını və əllərinə silah, qranat verildiyini iddia edib.
 
"O vaxta kimi gözəl həyatım var idi. Xan-bəy kimi yaşayırdım. Məni çağırıb, "dövlətə lazımsan” deyib, göndərdilər. Əslində, məni tək göndərmək istəyirdilər. Dedim, Dilqəm yaxşı tanıyır oraları. Həmin vaxtı Dilqəm tutulmuşdu. Şəmkirdə polisə düşmüşdü. Onu çıxartdırıb gətirdilər bələdçi kimi. Həsən Həsənov da bizimlə getdi.Əli Həsənova verdiyim kaseti əsir düşən günü Xankəndidə ermənilər gətirib stolumun üstünə qoydular. Hazırda qollarım pis gündədir, əllərimdə yandırılan siqaretlərin izi hələ də getməyib. Burnum qırıqdır. Hər yerim zədəlidir, müalicə alıram. Dövlət isə ayda 180 manat pul verir”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol