Xalq artisti vəfat etdi

Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədov vəfat edib.
"Qafqazinfo” xəbər verir ki, bu barədə aktyor İlham Əsədov sosial şəbəkə hesabında paylaşım edib.
75 yaşlı Vaqif Əsədov 1989-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib. 1978-ci ildə Əməkdar artist, 2006-cı ildə isə Xalq artisti fəxri adına layiq görülüb. 2018-ci ildə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























