MEDİA Qadir İbrahimlinin ölümü ilə bağlı başsağlığı verdi

Medianın İnkişafı Agentliyi (MEDİA) jurnalist Qadir İbrahimlinin vəfatı ilə bağlı başsağlığı verib.
Mərhum kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.
www.anews.az
"Tanınmış jurnalist Qadir İbrahimli vəfat edib. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi Qadir İbrahimlinin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir", - qurumun yayımladığı məlumatda deyilir.
Kəskin qaraciyər sirrozundan əziyyət çəkən jurnalist Qadir İbrahimli bu gün 53 yaşında vəfat edib.
Mərhum kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Facebook-da sonuncu paylaşımını xəstəxanaya yerləşdirilməzdən bir gün əvvəl - mayın 17-də edən jurnalist mərhum anasının fotosunun altında "axirətdə görüşərik" sözlərini yazmışdı.
"Onun günüdür, məni dünyaya gətirən gözəl xanımın. Həm də yubileyidir - 85 yaş. Nur içində yat gözəl anam, inşallah, axirətdə görüşəcəyik!", - jurnalist yazıb.
"Onun günüdür, məni dünyaya gətirən gözəl xanımın. Həm də yubileyidir - 85 yaş. Nur içində yat gözəl anam, inşallah, axirətdə görüşəcəyik!", - jurnalist yazıb.
Jurnalist karyerasının əsas hissəsini "Azadlıq" qəzetində quran Qadir İbrahimli daha çox yaddaşlarda müstəqil fikirli və mövqeli jurnalist kimi qalacaq.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























