• $
  • €
  • ₽
  • ₺
  • £

“Meymun çiçəyi” Azərbaycana gələ bilərmi? - baş infeksionistdən AÇIQLAMA

“Meymun çiçəyi” Azərbaycana gələ bilərmi?  - baş infeksionistdən AÇIQLAMA
20.05.2022 13:03
İspaniyada çərşənbə günü 23 nəfərdə "meymun çiçəyi” xəstəliyinin əlamətlərinin aşkarlanması barədə məlumat açıqlanıb.  Portuqaliyada bu xəstəliyə tutumaqda şübhəli bilinənlərin sayı 15-dir.  Böyük Britaniyada da iki yeni "Meymun çiçəyi” ştammı aşkar edilib. Ölkədə yoluxanların ümumi sayı isə 9-a çatıb.
 
Bununla belə  mütəxəssislər, xəstəliyinin yayılma intensizliyinin elə də sürətli olmadığını bildirir.

Baş infeksionist Cəlal İsayevin sözlərinə görə, "meymun çiçəyi"  insanlar arasında adətən az və nadir görünən  xəstəlikdir.

"Bu xəstəlik ilk dəfə 1958-ci ildə Afrika ölkələrində  meymunlar arasında müşahidə edilib. Buna görə də  xəstəliyə "meymun çiçəyi” adı verilib. Sonradan bəlli olub ki,  xəstəlik insanlara da keçə bilir. Amma meymundan insana keçməsi halına çox az rast gəlinir. Bu xəstəliyə daha çox uşaqlar yoluxur. Öz fəsadlarına görə çiçək xəstəliyini xatırladır. Ölüm faizi koronavirusla müqayisədə bir qədər yüksəkdir. Çiçək xəstəliyinə qarşı immunitet qazanmış insanlar bu xəstəliyi daha yüngül keçirir",  -  İsayev bildirib. 
 
Onun fikrincə, Avropa ölkələrində azsaylı yoluxmalar baş versə də, Azərbaycanda yayılması və pandemiya yaartması ehtimalı ilə bağlı dəqiq  proqnoz vermək çətindir.
 
"Çünki, biz ilkin dönəmlərdə koronavirusun pandemiyaya çevriləcəyini dəqiq bilmirdik. Amma biz sonradan nə qədər insanın tələf olmasının şahidi olduq”, - İsayev bildirib.

"Meymun çiçəyi” nadir, lakin potensial təhlükəli infeksiyadır.  Virusun iki əsas ştammı var -  Qərbi Afrika və Mərkəzi Afrika. Simptomlarına görə, qripə bənzəyir və limfa düyünlərinin şişməsi ilə başlayır.  Daha sonra üzdə və bədəndə geniş yayılmış səpkilərə çevrilir. 1970-ci ildə on Afrika ölkəsində "meymun çiçəyi" epidemiyası qeydə alınıb. 

Afrika ölkələrindən sonra "Meymun çiçəyi” xəstəliyinə ilk dəfə 2003-cü ildə ABŞ-da rast gəlinib. Xəstəlik insanlara çöl itlərindən keçib və ümumilikdə 81 yoluxma halı qeydə alınıb.
 
Cavanşir Qasımov

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol