Yeni təyin olunan Müşahidə Şurasının sədri kimdir? - DOSYE

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxsin Müşahidə Şurasının sədri seçilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Anews.az yeni təyin olunan Müşahidə Şurası sədrinin dosyesini təqdim edir.
2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub. 2008-ci ildə "Beynəlxalq xüsusi hüquqda sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi” mövzusunda hüquq üzrə fəlsəfı doktor alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.
1998-1999-cu illərdə Aqrar-Sənaye Səhmdar Kommersiya Bankında baş hüquqşünas, 1999-2001-də Beynəlxalq Qırmızı Xaç Komitəsində hüquq məsələləri üzrə assistent işləyib.
2002 – 2001-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində müəllim, 2011 - 2014 - BDU-nun Hüquq fakültəsinin dekan müavini vəzifəsində çalışıb.
2014 – cü ildən indiyədək BDU-nun Dəniz və Enerji Hüququ Mərkəzinin rəhbəridir. Bundan başqa, 2002-ci ildən hal-hazıradək Baker & McKenzie hüquq şirkətinin Bakı ofisinin baş hüquqşünası, eləcə də idarəedici partnyorudur.
Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimidir. Evlidir, iki övladı var.
www.anews.az

Gündüz Kərimov 1977-ci ildə Qazaxda anadan olub. O, 1994-cü ildə Göygöl şəhər 1 nömrəli orta məktəbini bitirib.
1994-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil olub. O, 1998-ci ildə bakalavr pilləsini, 2000-ci ildə isə magistratura təhsil pilləsini fərqlənmə diplomu ilə bitirib.
1998-ci ildə MDB dövlətləri arasında Sankt-Peterburq şəhərində keçirilmiş "Beynəlxalq humanitar hüquq” üzrə müsabiqədə 2-ci yer qazanıb. 2002-ci ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetinin hüquq fakültəsinin magistraturasını bitirib.
2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub. 2008-ci ildə "Beynəlxalq xüsusi hüquqda sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi” mövzusunda hüquq üzrə fəlsəfı doktor alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.
1998-1999-cu illərdə Aqrar-Sənaye Səhmdar Kommersiya Bankında baş hüquqşünas, 1999-2001-də Beynəlxalq Qırmızı Xaç Komitəsində hüquq məsələləri üzrə assistent işləyib.
2002 – 2001-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində müəllim, 2011 - 2014 - BDU-nun Hüquq fakültəsinin dekan müavini vəzifəsində çalışıb.
2014 – cü ildən indiyədək BDU-nun Dəniz və Enerji Hüququ Mərkəzinin rəhbəridir. Bundan başqa, 2002-ci ildən hal-hazıradək Baker & McKenzie hüquq şirkətinin Bakı ofisinin baş hüquqşünası, eləcə də idarəedici partnyorudur.
Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimidir. Evlidir, iki övladı var.
Xatırlatma - Bu gün, mayın 20-də Prezident İlham Əliyev "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibini təsdiqləyib. Sərəncamla publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiqlənib:
Müşahidə Şurasının sədri:
Müşahidə Şurasının sədri:
Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Müşahidə Şurasının üzvləri:
Şahin Əliyev – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru
Humay Əfəndiyeva – Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi
Xalid Qasımlı – Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinin müdiri
Fərid Hacıyev – Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.

Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib