• $
  • €
  • ₽
  • ₺
  • £

Ziya İbrahimli həbs edildi - Rəsmi AÇIQLAMA

Ziya İbrahimli həbs edildi - Rəsmi AÇIQLAMA
20.05.2022 17:02
İctimai fəal Ziya İbrahimli hava limanında həbs edilib. Bu barədə  jurnalist Əfqan Muxtarlı "feysbuk” hesabında paylaşım edib.

"Bu dəqiqələrdə Biləsuvar məhkəməsində Ziya İbrahimlinin məhkəməsi gedir. Ona vəkil tutmağa belə imkan verilməyib. Ziya bəy 2019-cu ildən Almaniyada yaşayıb. Ona bildiriblər ki, həmin gündən axtarışdadır. Ziya bəyi Biləsuvar polisinə təhvil verildiyi söylənilir. Əvvəl 2-3 ay gözləyib? sonra həbs edirdilər. İndi elə aeroportda həbs edirlər. Vətənə döndükdən sonra həbs edilən mühacirlərin sayı 6 oldu. Hər biri üçün Almaniya höküməti məsuliyyət daşıyır", - o yazıb.
 
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin sözlərinə görə, fəalın saxlanılmasında siyasi motiv yoxdur.

"Barəsində aliment öhdəliyi ilə bağlı axtarışı var. Aidiyyəti üzrə müvafiq ədliyyə orqanına təhvil veriləcəkdir", - o deyib.
 
Dövlət Miqrasiya Xidməti 2021-ci ildə 420 şəxsin readmissiya olunduğunu açıqlayıb. Bu şəxslərin 39-u Almaniyadan ölkəyə readmissiya olunub. Bu göstərici 2020-ci illə müqayisədə 2,9 faiz artıb. Ötən il readmissiya ilə bağlı sorğu sayı isə 440 olub. Rəsmi məlumata görə, Avropa İttifaqı ilə saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası baş tutub. Daha 4160 şəxsin sorğusu müsbət cavablandırılıb, 2147 nəfərin isə readmissiyası nəzərdə tutulur.

"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 29 mart tarixində 38 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib. 

Almaniyadan readmissiya olunan  Azərbaycan vətəndaşı arasında siyasi fəal Samir Aşurov da  olub ki, o da həbs edilib. Samir Aşurov aprelin 19-da saxlanılıb. Yaxınlarının sözlərinə görə, aprelin 19-da axşam saatlarında Samir Aşurov zəng edərək evə gəldiyini deyib, lakin sonra ondan bir xəbər çıxmayıb, mobil telefonuna isə zəng çatmayıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, aprelin 19-da saat 21 radələrində Nizami rayon ərazisində Bakı sakini Samir Aşurov aralarında yaranmış şəxsi münaqişə zəminində Şəki sakini Elşən Nəbiyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Faktla bağlı Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanıb, Aşurov saxlanılaraq istintaqa təqdim edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir. Aprelin 21-də Nizami rayon Məhkəməsi siyasi fəal barəsində 4 ay həbs qətimkan tədbiri seçib.
 
Hüquq müdafiəçiləri ardıcıl həbsləri təsadüf hesab etmir. Onlar iddia edir ki, deportasiya olunanların hüquqlarının müdafiə prosesini izlədiklərini, onların siyasi baxışlarına görə həbs olunur. Azərbaycan höküməti isə bunu qəbul etmir.
 
Ləman Qasımova 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol