• $
  • €
  • ₽
  • ₺
  • £

Həyətində kannabis yetişdirən şəxs saxlanıldı

Həyətində kannabis yetişdirən şəxs saxlanıldı
20.05.2022 23:30
Qazax rayon Polis Şöbəsinin (RPŞ) və Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının birgə keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xİdmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində rayon sakini Vüsal Mahmudov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 460 qram çəkidə narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Bundan başqa rayon sakinləri Rövşən İbrahimov, Ceyhun Abdullayev, Emil Həsənov, Ruslan Alırzayev, Zeynal Zeynalov və Azər Əzizov saxlanılan zaman onlardan qanunsuz yolla əldə edib saxladıqları, müxtəlif bükümlərdə və çəkilərdə "heroin”, "metamfetamin” və digər narkotik vasitələr aşkar olunaraq götürülüb.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları da aşkar edilərək götürülüb. Beləki, qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən rayon sakinləri İbrahimov Aydınov və Ayaz Osmanovun yaşadığı evə baxış keçirilib. Baxış zamanı İ. Aydınova məxsus həyətyanı sahədən 9, A. Osmanova məxsus fərdiyaşayış evindən isə 63 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Həmin şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol