• $
  • €
  • ₽
  • ₺
  • £

Əlilliyin qiymətləndirilməsi qaydasında hansı yeni dəyişikliklər var?

Əlilliyin qiymətləndirilməsi qaydasında hansı yeni dəyişikliklər var?
21.05.2022 11:35
Əlilliyin müəyyən edilməsi sistemində yeni meyarların tətbiqi ilə əlaqədar Nazirlər Kabineti yeni Qərarla "Əlilliyin qiymətləndirilməsi Qaydası”nda bir sıra dəyişikliklər edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, qaydada aşağıdakı dəyişikliklər edilib.


Belə ki, dəyişikliklərə əsasən qaydada:


"Əlillik dərəcəsi (I, II, III) və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” sözləri "orqanizmin funksiyalarının pozulması faizi” sözləri ilə əvəzlənib;

Orqanizmin funksiyaları 30 faizdən artıq pozulduqda 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilərək əlillik müəyyən edilir;
Faiz göstəriciləri üzrə qiymətləndirmə 5 faiz aralığı ilə aparılır;
Orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal üzrə funksiyaların pozulma faizi müəyyən olunur, faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə 100 faizdən çox olmamaqla müəyyən edilir;

Əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir;
Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması:

31-60 faiz aralığında ardıcıl olaraq 15 il,
61-80 faiz aralığında ardıcıl olaraq 10 il
81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə
bu Qayda nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti dəfə əlillik müddətsiz müəyyən edilir;


Yeni meyarlar qüvvəyə mindiyi tarixədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri I, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydada qeyd edilmiş müddətlərə daxil edilir;
Qaydada edilmiş dəyişikliklər 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol