Azərbaycan diasporunun sabiq rəhbəri Rusiyadan deportasiya edild

Moskva vilayətindəki Azərbaycan diasporunun sabiq rəhbəri Qalib Ağayev Rusiya Federasiyasından deportasiya edilib.
Qalib Ağayevlə birlikdə Rusiyadan diaspor fəalı, vaxtı ilə iş adamı Füzuli Məmmədovun köməkçisi kimi çalışmış, "Patriot TV” "Youtube” kanalının rəhbəri Ceyhun Əliyev də deportasiya olunub. Onlar hüquq-mühafizə orqanlarının müşayiəti ilə Moskvanın "Domodedovo” hava limanından Azərbaycana deportasiya ediliblər.
Qalib Ağayev haqqında ötən ilin sonunda Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi tərəfindən Rusiyadan deportasiya olunmaq qərarı çıxarılıb.
Məhkəmə Ağayev Qalib Şəmsəddin oğlunu inzibati xəta törətməkdə təqsirli bilib və onu Rusiya ərazisindən məcburi çıxarılmaqla beş min rubl məbləğində cərimələyib. Bundan başqa, məhkəmə Qalib Ağayevin Yeqorsk şəhər dairəsindəki Rusiya Daxili İşlər Nazirliyinin əcnəbi vətəndaşların müvəqqəti saxlanma mərkəzinə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























