• $
  • €
  • ₽
  • ₺
  • £

İlqar Rəhimov Syerra-Leonenin vitse-prezidenti ilə görüşüb

İlqar Rəhimov Syerra-Leonenin vitse-prezidenti ilə görüşüb
21.05.2022 14:42
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti (MPK), Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiyasiyasının (IBSA) vitse-prezidenti, Milli Abilimpiya Federasiyasının prezidenti İlqar Rəhimov Syerra-Leonenin vitse-prezidenti Məhəmməd Culdeh Calloh ilə görüşüb.
 
MPK-nın Mətbuat Xidmətindən  verilən məlumata görə, Rəhimov görüş zamanı Azərbaycanda həyata keçirilən idman və sosial siyasət, paralimpiya və abilimpiya hərəkatının inkişafı barədə ətraflı məlumat verib
.
O, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə fiziki məhdudiyyətli şəxslərə, onların sosial rifahının yaxşılaşdırılmasına, idmana, o cümlədən paralimpiya hərəkatının inkişafına xüsusi diqqət və qayğı göstərdiyini bildirib.

Komitə rəhbəri Azərbaycanın idman və sosial siyasəti modelinin Syerra-Leone Respublikasında da tətbiqini tövsiyyə edib. İlqar Rəhimov paralimpiya hərəkatının inkişafı üçün dövlətdən göstərilən dəstəyin olduqca vacib olduğunu söyləyib. və ölkədə paralimpiya idmanının təbliği üçün müxtəlif tədbirlərin keçirilməsini təklif edib.

Məhəmməd Culdeh Calloh Azərbaycanda idman, sosial və digər sahələrdə əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirib, iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsi üçün yaradılmış şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə öz təşəkkürünü çatdırmağı xahiş edib. Məhəmməd Culdeh Calloh idman sahəsi ilə başlanan əməkdaşlığın digər sahələrə də keçəcəyindən, Azərbaycan və Syerra-Leone arasında olan əlaqələrin daha möhkəmlənəcəyindən əmin olğunu vurğulayıb.
 
Eyni zamanda Məhəmməd Culdeh Calloh İ.Rəhimova Syerra-Leoneyə səfər etdiyi, paralimpiya hərəkatının inkişafı üçün göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirib. Məhəmməd Culdeh Calloh ölkə ictimaiyyətinin Azərbaycana, onun ənənələri və mədəniyyətinə marağın artığını qeyd edib, Syerra-Leonedə paralimpiya hərəkatının inkişafı üçün öz dəstəyini əsirgəməyəcəyini vurğulayıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol