• $
  • €
  • ₽
  • ₺
  • £

Baş Nazir qərar imzaladı

Baş Nazir qərar imzaladı
21.05.2022 14:58
Nazirlər Kabineti kommersiya hüquqi şəxslərin təsisçiləri, nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına verilməsi qaydasında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabinetinin 201 №-li Qərarı "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda və "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanında edilən dəyişiklik əsasında qəbul edilib.

"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna edilmiş dəyişikliyə görə, "lotereya və idman mərc oyunları təşkilatçıları” sözləri "lotereya təşkilatçıları və idman mərc oyunlarının operatorları” sözləri ilə əvəz edilib.

Eyni zamanda, həmin Qanuna əsasən, kredit təşkilatlarına, lizinq xidmətləri göstərən hüquqi şəxslərə, investisiya şirkətlərinə, investisiya fondları və bu fondların idarəçilərinə, sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçilərinə, pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələrə, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərə münasibətdə Mərkəzi Bank, lotereya təşkilatçıları və idman mərc oyunlarının operatorlarına münasibətdə isə İqtisadiyyat Nazirliyi nəzarət orqanı qismində müəyyən olunub.

Qeyd edilənləri nəzərə alaraq, Nazirlər Kabinetinin 2018-ci il 433 nömrəli Qərarı ilə təsdiq edilmiş "Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndində "lotereya və idman mərc oyunları təşkilatçıları” sözləri "lotereya təşkilatçıları və idman mərc oyunlarının operatorları” sözləri ilə əvəz edilib

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol