• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Gəlirlər Baş İdarəsinə yeni rəis təyin olunub

Milli Gəlirlər Baş İdarəsinə yeni rəis təyin olunub
23.05.2022 09:55
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə Fərhad Quliyev yeni rəis təyin olunub.

O, bu təyinata qədər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədrinin strateji inkişaf, investisiya layihələri və logistika üzrə müavini olub.
 
Quliyevə qədər Baş İdarənin rəisi vəzifəsini isə müvəqqəti olaraq bu idarə rəisinin 1-ci müavini Elçin Ağakişiyev icra edib.

Xatırladaq ki, Fərhad Quliyev 1981-ci ildə Bakı şəhərində anadan olub, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.

O, Əmək fəaliyyətinə 2002-ci ildə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq daşıma şirkətində planlaşdırma və logistika şöbəsində mütəxəssis kimi başlayıb, 2003-cü ildə isə həmin şöbənin rəisi təyin edilib, 2004-cü ildən dünyada tanınmış beynəlxalq audit və konsaltinq şirkətinin Azərbaycan və ABŞ ofislərində çalışıb, 2012-ci ildən şirkətin Azərbaycan üzrə konsaltinq xidmətlərinin rəhbəri olub.

Quliyev ölkə prezidentinin 22 iyul 2014-cü il tarixli sərəncamı ilə ASCO sədrinin müavini təyin edilib.(report.az)





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol