• $
  • €
  • ₽
  • ₺
  • £

ETNS bu yaz 730 mindən çox ağac əkib

ETNS bu yaz 730 mindən çox  ağac əkib
23.05.2022 16:35
2022-ci ilin yaz əkin mövsümündə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, rayon icra hakimiyyətlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ölkənin meşə və qeyri-meşə fondu ərazilərində ümumilikdə  730 000-dən çox müxtəlif cinsli ağac əkilib, 6400 kiloqram toxum səpilib. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.

O, qeyd edib ki, eyni zamanda vətəndaşlara, icra hakimiyyətlərinə, dövlət və özəl təşkilatlara Nazirliyin tinglik sahələrində yetişdirilən 60 mindən çox müxtəlif cinsli ağac tingi paylanılıb.

"Yaz ağac əkini çərçivəsində keçirilən ağacəkmə tədbirləri  ilk gündən ictimaiyyət tərəfindən geniş maraq və böyük coşqu ilə qarşılanıb. Bu tədbirlərdə dövlət qurumları, özəl şirkətlər, media nümayəndələri, könüllülər, ictimaiyyət xüsusi fəallıq göstərib", - o əlavə edib.

Məmmədova yaz ağac əkininin uğurla həyata keçirilməsinə, yaşıllıqların genişləndirilməsinə verdikləri töhfəyə görə bütün tərəfdaşlara dərin minnətdarlığını bildirib, payız ağacəkmə aksiyalarında da ictimaiyyətdən, tərəfdaşlardan və könüllülərdən eyni coşqu ilə dəstək gözlədiyini qeyd edib.

Nazirlik rəsmisi onu da qeyd edib ki, yaz əkin mövsümündə əkilən ağaclar xüsusi diqqət və qulluq tələb edir. 

"Buna görə də, vətəndaşlarımızdan paylanmış ağac tinglərinin bitiş faizinin yüksək olması və düzgün inkişaf etməsi üçün onlara xüsusi qayğı ilə yanaşmalarını xahiş edirik", - o əlavə edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol