Son sutkada 2 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 nəfər yoluxub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Sağalan və ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 714 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 957 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib. 47 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 842, bu günə qədər isə ümumilikdə 6 874 348 test icra olunub.
Azərbaycanda son sutkada 1 nəfər vaksinasiya olunub.Gün ərzində birinci və ikinci doza vaksin vurduranlar olmayıb. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 olub. Pozitiv nəticədən sonra "buster” doza vaksin vurduran olmayıb. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 707 007, birinci doza peyvəndlərin ümumi sayı 5 345 824, ikinci doza vaksinlərin sayı 4 847 442 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 269 215, pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı isə 244 526 olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























