Azərbaycanda 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 3 KOB subyektinə "Startap” şəhadətnaməsi verib.
Bununla da "Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 42-yə çatıb.
"Startap” şəhadətnaməsi "E-legal" MMC-nin hüquq məsləhət xidmətlərinin onlayn təşkili, "Psixosən" MMC-nin psixoloq xidmətlərinin onlayn təşkili üzrə vasitəçilik xidməti və fərdi sahibkar Cavad İbrahimlinin kənd təsərrüfatı məhsullarının onlayn satış platforması layihələri üçün təqdim edilib.
"Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























