• $
  • €
  • ₽
  • ₺
  • £

“Gənclərin hüquqlara çıxışı” layihəsi çərçivəsində təlim keçirilir

“Gənclərin hüquqlara çıxışı” layihəsi çərçivəsində təlim keçirilir
23.05.2022 17:08
Bu gündən Fransanın Strasburq şəhərində "Gənclərin hüquqlara çıxışı” layihəsi çərçivəsində Azərbaycandan olan milli, regional və yerli səviyyədə gənclərlə işləyən dövlət təşkilatlarının mütəxəssisləri və gənclərlə işləyən qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün "50/50” təliminə start verilib.

Təlimin əsas məqsədi gənclərin iştirakçılığını, qərarlara təsir və hüquqlara çıxış imkanlarını təşviq etmək, Azərbaycanda gənclər siyasətinin və gənclərlə işin gələcək inkişafı üçün milli və yerli səviyyədə müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığın gücləndirilməsidir.

30 nəfərin iştirakı ilə Avropa Gənclər Mərkəzində beş gün boyunca davam edəcək layihənin ilk günündə proqram və metodologiya ilə tanışlıq, "DignityLand” və komanda işi vasitəsilə sosial hüquqlara giriş, bu istiqamətdə gənclərlə öyrənmə prosesi istiqamətində interaktiv təlimlər keçirilib. 

Rəsmi açılış mərasimində Avropa Şurasının Demokratik İştirakçılıq məsələləri üzrə direktoru Matyaş Qruden, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov çıxış ediblər, həmçinin gənclər və idman nazirinin müavini İndira Hacıyeva onlayn formada qoşularaq proqram iştirakçılarına uğurlar arzulayıb. 

Seminar Avropa Şurasının Azərbaycan üzrə Fəaliyyət Planı çərçivəsində Avropa Şurasının Gənclər Departamenti və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunur.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol