Effektiv idarəetmə və makroiqtisadi göstəricilər üzrə işçi qrupunun iclası olub

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər üzrə işçi qrupunun iclası keçirilib.
İclas "Webex” onlayn platforması vasitəsilə baş tutub.
İclasda AMB ilə yanaşı, İqtisadiyyat Nazirliyinin, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Maliyyə Nazirliyinin, Dövlət Neft Fondunun, Dövlət Statistika Komitəsinin, həmçinin "Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzi" və "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliklərinin təmsilçiləri iştirak edib. İclasda işçi qrupunun 2022-ci il üzrə fəaliyyət planı çərçivəsində il ərzində görülməsi nəzərdə tutulan tədbirlər müzakirə edilib, qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, tənzimləmənin keyfiyyətinin yüksəldilməsi, təbii resursların effektiv idarə edilməsi ilə bağlı məsələlər iclasda əsas müzakirə mövzusu olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























