"Qəbələ" "Şamaxı"dan ayrılan futbolçunu transfer edib

"Qəbələ" mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.
"Qırmızı-qaralar" İlkin Qırtımovu heyətinə qatıb. 32 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Son klubu "Şamaxı” olan Qırtımov 2015 - 2018 və 2019 - 2022-ci illərdə bu komandada çıxış edib. O, Premyer Liqada "Simurq” (2009-2015), "Neftçi” (2018) və "Zirə”nin (2018-2019) də formasını geyinib.
İlkin Qırtımov Azərbaycan millisində də çıxış edib. Yığmada 2014-cü ildə debüt edən müdafiəçi 5 matç keçirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























