• $
  • €
  • ₽
  • ₺
  • £

Abel Məhərrəmovun keçmiş gəlini oğlundan 50 min manat tələb edilir

Abel Məhərrəmovun keçmiş gəlini oğlundan 50 min manat  tələb edilir
23.05.2022 17:44
Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmovun sabiq həyat yoldaşı  Mehriban Eyyubova keçmiş ərini məhkəməyə verərək birgə evlilikləri zamanı aldıqları daşınmaz əmlaka görə ondan 50.000 manat  tələb edib.  O, bununla bağlı Yasamal Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Bu barədə Apelyasiya məhkəməsindən məlumat verilib. 
 
İddiaya  Apellyasiya Məhkəməsinin hakimi Şərafət Məmmədovanın sədrliyi ilə  baxılır.  
 
Anar Məhərrəmov və Mehriban Məhərrəmova rəsmi olaraq 2021-ci ildə boşanıb. Tərəflər nikah dövründə dəyəri 92 800 manat olan mənzilə sahib olublar. Eyyubova həmin mənzilin dəyərinin yarısının Anar Məhərrəmovdan tutularaq ona ödənilməsini tələb edir. 
 
Cütlük boşanarkən Yasamal Rayon Məhkəməsi onların birgə nikah dövründə alınmış  əmlak və  gəlirlərinin yarıbölünməsi, o cümlədən 3 azyaşlı uşağın ananın himayəsinə verilməsi barədə qətnamə çıxarıb. Eyyubovanın barəsində məhkəmə iddiası irəli sürdüyü  92.800 manatlıq mənzillə bağlı tələbinə isə  birinci instansiya məhkəməsi rədd cavabı verib. 

Anar Məhərrəmov  Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun oğludur.
 
Onun sabiq həyat yoldaşı Mehriban Eyyubova isə Baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı qızıdır.
 
Mehriban Eyyubova da ixtisasca diplomatdır.
 
Cavanşir Qasımov
 

 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol