• $
  • €
  • ₽
  • ₺
  • £

Bitki sağlamlığı çərçivəsində 10 minə yaxın fermerə SMS mesaj göndərilib

Bitki sağlamlığı çərçivəsində 10 minə yaxın fermerə SMS mesaj göndərilib
24.05.2022 11:12
Azərbaycanda bitki sağlamlığı çərçivəsində pilot layihə vasitəsilə 60-a yaxın kəndi əhatə edən 5 stansiyadan əldə olunan məlumatlar əsasında mümkün risklərlə bağlı 10 minə yaxın fermerə SMS mesaj göndərilib. Bu da fermerlərin xəstəliklərə qarşı vaxtında mübarizə tədbirləri aparmasını mümkün edib. Bunu Kənd Təsərrüfatı Naziri İnam Kərimov bitki sağlamlığı forumunda deyib.

"Azərbaycan bitki mühafizəsi işinin səmərəli təşkili istiqamətində mühüm addımlar atmış ölkələrdən biridir. Biz bu sahədə beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir, ətraf mühitə və insanlara zərər vermədən bitki mühafizəsinin təşkili istiqamətində fəaliyyətimizi davam etdiririk. FAO ilə əməkdaşlığımız var. Bu əməkdaşlıq çərçivəsində ilk dəfə Azərbaycanda karantin əhəmiyyətli zərərvericilərin atlası nəşr edilib. Yenə ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində "Bitki mühafizəsi” ixtisasının tədrisi həyata keçirilir. Bu ixtisas üzrə yeni kurrikulumla beynəlxalq standartlara uyğun kadr hazırlığı aparılır. Fermerlər arasında maarifləndirmə işinin aparılması, onların təlimlərə cəlb olunması nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu çərçivədə fermer və mütəxəssislərimizə bitki xəstəliklərinə və zərərvericilərinə qarşı inteqrir mübarizə üsullarının tətbiqi ilə bağlı təlimlər keçirilir- nazir bildirib.

Nazir onu da bildirib ki, bitki sağlamlığına nail olmaq üçün yüksək texnologiyaların, innovativ yeniliklərin aqrar sahədə tətbiqini genişləndirmək lazımdır.
 
"Meyvəçilik rayonlarında quraşdırdığımız iqlim stansiyaları fermerlərimizə bitki xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirlərini vaxtında həyata keçirmək imkanı verir. İqlim stansiyaları bitkilərin inkişafı prosesində xəstəlik və zərərvericilərin inkişaf fazasını müşahidə etməyə, sahə işlərini vaxtında və düzgün proqnozlaşdırmağa imkan verən innovativ sistemdir. Sensorlar havanın temperaturu, rütubət səviyyəsi, yağış miqdarı, yarpaq nəmi və yağıntıların düşmə vaxtı, küləyin sürəti barədə məlumatları toplayır və bu məlumatlar Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən analiz olunur- nazir əlavə edib. Bu istiqamətdə Nazirlik Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə koordinasiya olunmuş birgə tədbirlər həyata keçirir. Bu gün ixrac bazarlarında ciddi rəqabət mövcuddur, rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı bitki mühafizəsi tədbirlərinin düzgün təşkilindən asılıdır. Bu baxımdan bitki mühafizəsi sahəsində vahid yanaşmanın tətbiqi daha məqbul hesab edilir. Vahid yanaşma bitki mühafizəsi işinin ekosistemə zərər vurmadan həyata keçirilməsinə imkan verir. Bütün dünyada bitki mühafizəsi işi daim təkmilləşir, bu proseslə ayaqlaşmaq üçün tərəfdaş ölkələrlə davamlı təcrübə mübadiləsi aparmaq vacibdir. Beynəlxalq konfranslar və tədbirlər bu cür təcrübə mübadiləsinin aparılması üçün ən gözəl platformadır. Üç həftə əvvəl Bakıda FAO Baş direktorunun və 15-dək beynəlxalq təşkilatın rəhbərinin iştirakı ilə keçirilən "Rəqəmsal kənd təsərrüfatına keçid” konfransının əsas müzakirə mövzularından biri də bitki sağlamlığının qorunması, bitki mühafizəsi işində ən yaxşı təcrübələrin bölüşülməsinin vacibliyi oub- nazir bildirb.
 
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə Avropa İttifaqının (Aİ) "Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” Tvinninq Layihəsi çərçivəsində Bakıda ilk dəfə Bitki Sağlamlığı Forumu keçirilir. Beynəlxalq forumun məqsədi bitki sağlamlığı və bitki mühafizəsi məsələlərinə diqqəti yönəltmək, bu sahədə planlaşdırılan dəyişikliklər, o cümlədən yaxın gələcəkdə bu istiqamətdə həyata keçiriləcək tədbirlərlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.   
 

 

Gülnar Nazimqızı

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol