• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş MAXE ağzını tikərək aclıq aksiyası edib -FOTOLAR

Keçmiş MAXE ağzını tikərək aclıq aksiyası edib -FOTOLAR
24.05.2022 15:07
Sosial şəbəkələrdə Vətən Müharibəsi iştirakçısı Namiq Süleymanovun ağzını tikməsi ilə bağlı görüntüləri yayılıb. Görüntülərdə Namiq Süleymanov dövlət qurumları tərəfindən problemlərinə etinasız yanaşıldığına görə ağzını iynə-sapla tikərək aclıq aksiyası etdiyi bildirilib.

Məsələ ilə bağlı "Qafqazinfo" keçmiş hərbçinin ailəsi ilə əlaqə saxlayıb.

Həyat yoldaşı bildirib ki, mənzil və iş problemi ilə bağlı Laçın Rayon İcra Hakimiyyətinə, eləcə də Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə müraciət etsələr də, onlara heç bir kömək göstərilməyib.

"Nə evimiz, nə işimiz var. Hazırda Ağcəbədi rayonunda yaşayırıq. Həyat yoldaşım hərbçi idi. Lakin müqaviləsi bitəndən sonra işdən azad edildi. Namiq Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl və Şuşanın azad olunmasında iştirak edib və medallarla təltif olunub. Hazırda rayon sakinlərinin köməyi ilə Ağcəbədidə qaçqınlar üçün tikilən qəsəbədə məskunlaşmışıq. Laçın RİH başçısı Aqil Nəzərlinin də qəbulunda olduq, lakin heç bir köməklik göstərilmədi".


 

Problemlə əlaqədar Laçın RİH-dən bildirilib ki, icra başçısı Aqil Nəzərlinin ünvanına səsləndirilən məlumatlar əsassızdır.

"Namiq Süleymanov işlə və mənzillə təmin olunması məsələləri ilə bağlı 05.05.2022-ci il tarixdə icra başçısının qəbulunda olub. Heç bir peşə və ixtisas təhsili olmayan Namiq Süleymanovun Dövlət Məşğulluq Agentliyinə müraciət etməsi tövsiyə olunub, Laçın RİH-nin mənzil fondu olmadığından onun mənzillə təmin olunması məsələsi ilə bağlı ona müvafiq izahat və düzgün istiqamət verilib.
 


Namiq Süleymanov Ağcabədi rayonunun Taxta Körpü ərazisində salınmış 256 ailəlik məcburi köçkün qəsəbəsində vətəndaş Lənkəran Cabbarova məxsus evi qanunsuz zəbt edib. Ağcabədi Rayon Məhkəməsinin qətnaməsi ilə onun həmin yaşayış evindən çıxarılması qərara alınıb. Vəziyyətlə əlaqədar onun qanunsuz zəbt etdiyi mənzildə müvəqqəti məskunlaşması təklif olunsa da, o, bundan imtina edərək evin öz adına verilməsini təkidlə tələb edib. "Qaçqınkom” tərəfindən Namiq Süleymanova həmin qəsəbədə birotaqlı ev təkilf olunub, lakin o, həmin təklifdən imtina edib”.

Bildirilib ki, hazırda Namiq Süleymanovun ağzını tikərək aclıq aksiyası keçirməsi ilə bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Namiq Süleymanov 2017-2021-ci illərdə Azərbaycan Ordusunda MAXE kimi işləyib və öz arzusu ilə 2021-ci ilin sentyabrında xidmətdən xaric edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol