Şeyx 15 ildir qazpulu ödəmir?

"Azəriqaz” əməkdaşları reyd zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin evində qeyri-qanuni qaz xətlərinin olduğu aşkarlanıb. Bu barədə jurnalist Əvəz Zeynallı "Xural TV”nin efirində bildirib.
www.anews.az
Onun sözlərinə görə söhbət Allahşükür Paşazadənin Nərimanovdakı villasından gedir.
"Təbii ki, o qeyri qanuni qaz xətləri ləğv olunub. Bilmirəm, ona görə cərimə yazılıb, ya yazılmayıb, bu haqda məlumatım yoxdur. Bizə verilən məlumatlara görə qeyri-qanuni qaz xətləri Şeyxin evində 15 ildir ki, var imiş və Şeyx 15 ildir ki qazpulu ödəmirmiş. Bildirdilər ki, orta aylıq qaz sərfiyyatı təxminən 3-5 min manat aralığında olub. Çünki Şeyx həzrətlərinin Nərimanovdakı villası və kompleksi həddindən artıq böyükdür”.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, onda belə bir məlumat yoxdur.
"Bizim üçün hər bir kəs abonentdir. Heç kimin statusu və ya qohumluq əlaqələri abonentlərə göstərdiyimiz xidmətə təsir edə bilməz”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























