• $
  • €
  • ₽
  • ₺
  • £

Avtomobil Yolları İnformasiya Sisteminin təqdimatı keçirilib

Avtomobil Yolları İnformasiya Sisteminin təqdimatı keçirilib
24.05.2022 16:50
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) "Avtomobil Yolları İnformasiya Sistemi”nin (AYİS) təqdimatı keçirilib.
 
6 aylıq sınaq müddəti ərzində Agentliyin Aparatının bütün işçiləri pandemiya qaydalarına əmək edilməklə proqram təminatından istifadəyə dair fərdi təlimlərə cəlb edilib, Agentlik daxilində bütün yazışma və kargüzarlıq fəaliyyəti yazılı, eləcə də elektron qaydada AYİS sistemindən istifadə edilməklə paralel şəkildə həyata keçirilib.

Sınaq müddətində AYİS sistemində Agentliyin Aparatının işçiləri, eləcə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan Məhdud Məsuliyyətli Cəmiyyətlərdə çalışan nomenkulatur işçilər də nəzərə alınmaqla 553 ədəd şəxsi istifadəçi kabineti yaradılıb və bu günədək 15 mindən artıq sənəd Avtomobil Yolları İnformasiya Sistemində (AYİS) qeydiyyata alınıb.

Agentliyin Aparatının işçi heyətinin Avtomobil Yolları İnformasiya Sisteminə (AYİS) uyğunlaşması prosesinin əsası qoyulub, eyni zamanda proqram təminatının funksionallığı ilə bağlı nöqsanlar aradan qaldırılıb.

AYİS proqram təminatında informasiya axınının gedişi işçi qaydada Agentliyin subordinasiya qaydaları rəhbər tutulmaqla aparılır.

Yaxın gələcəkdə Agentliyin tabeliyində olan Məhdud Məsuliyyətli Cəmiyyətlərin də AYİS sisteminə inteqrasiyası nəzərdə tutulub.

Hal-hazırda bu istiqamətdə zəruri texniki işlərin icrası yerinə yetirilir.

Ümumilikdə, 4 tipdə sənəd qeydiyyatı – daxil olan sənəd, xaric olan sənəd, daxili yazışmalar, əmr, sərəncam və qərarlar vahid platformadan istifadə edilməklə həyata keçirilir.

Cari ildə AYİS proqram təminatından istifadə edilməklə 3701 xaric olan sənəd qeydiyyata alınıb ki, bunun da 714 ədədi vətəndaşların müraciətləri ilə bağlı olub.
 
Gülnar Nazimqızı

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol