Dörd il həbsdə olan AXCP fəalı azadlığa buraxılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin həbsdə olan üzvü Aqil Məhərrəmov bu gün azadlığa buraxılıb.
O, 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən Cinayət Məcəlləsinin 193-cü maddəsi ilə (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) ittiham edilərək 4 il müddətinə həbs edilmişdi.
Həmin il iyulun 24-də Nəsimi Rayon Məhkəməsində AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov haqqında həbs-qətimkan tədbirinin ev dustaqlığıyla əvəzlənməsi barədə vəsatətə baxılıb. Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən məhkəmədə vəsatət təmin edilməyib.
2018-ci il mayın 25-də Aqil Əli Məhərrəmov ilə yanaşı birinci Qarabağ savaşında (1988-1994) xəsarət alan Babək Həsənov və bu partiyanın digər funksioneri - Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirov da həbs olunub. Onlar Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli ilə birlikdə çirkli pulları leqallaşdırmaqda ittiham olunurlar. İddia olunur ki, onlar Saleh Rüstəmlinin Rusiyadan göndərdiyi pulları AXCP rəhbərinə çatdırıblar. Prokurorluğun 2018-ci ildəki açıqlamasında 412 min dolların leqallaşdırıldığı iddia olunub.
AXCP sədri Əli Kərimli isə bu ittihamı təkzib edərək həbsləri partiyaya qarşı repressiyaların davamı kimi qiymətləndirib.
Azərbaycan Xalq Cəbhəsi Partiyası 1995-ci ildə təsis edilib. Həmin il sentyabrın 1-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiyanın hazırki rəhbəri Əli Kərimlidir.
Ləman Qasımova
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























