• $
  • €
  • ₽
  • ₺
  • £

Meymunçiçəyi virusunu zərərsizləşdirən dərman tapılıb

Meymunçiçəyi virusunu zərərsizləşdirən dərman tapılıb
25.05.2022 22:00
Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, yaxın keçmişdə Böyük Britaniyada həkimlər çiçək xəstəliyinə qarşı dərman olan "tecomvirimat”la meymunçiçəyinə yoluxma halını müvəffəqiyyətlə aradan qaldırıblar. Alimlərin elmi araşdırmalarının nəticələri "Lancet” jurnalında dərc olunub.

"Həmkarlarımız meymunçiçəyinə yoluxmanın köklərini və virusun necə yayıldığını müəyyənləşdirməyə çalışarkən, bu xəstəliklə mübarizə üçün keçmişdə hansı dərmanların istifadə olunduğu ilə maraqlanıb", - jurnalın mətbuat xidməti Liverpul (Böyük Britaniya) Universitetinin elmi işçisi Xyu Adlerdən sitat gətirib.

Belə məlumatları əldə etmək üçün Adler və həmkarları Böyük Britaniyanın bütün regionlarında təhlükəli yoluxucu xəstəliklərin öyrənilməsi üzrə ixtisaslaşmış mərkəzlər (HCID) tərəfindən son beş il ərzində toplanmış məlumatları təhlil ediblər. Ümumilikdə, mərkəzlərin mütəxəssisləri 2018-2021-ci illər arasında baş verən meymunçiçəyi virusuna yoluxma hallarının yeddisini qeydə alıblar.

Xəstəlik tarixinin sonrakı təhlili göstərib ki, həkimlər meymunçiçəyini iki dərman - "brinsidofovir” və "tecomvirimat” ilə müalicə etməyə çalışıblar. Birincisi "suçiçəyi" ilə mübarizə aparmaq üçün yaradılıb, ikincisi isə dünyada çiçək virusunun çoxalmasının qarşısı ala bilən ilk dərmandır.

Son günlər Böyük Britaniyadan başqa dünyada Avstraliya, Belçika, Almaniya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa, İsveçrə, BƏƏ və İsveçdə də meymunçiçəyinə yoluxma halları qeydə alınıb.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol