Avropa Məhkəməsi Azərbaycanla bağlı QƏRAR ÇIXARDI

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mayın 25-də Azərbaycanla bağlı daha 3 qərarı elan edib. Bu barədə qərarları AİHM özünün rəsmi saytında dərc edib.
Qərarlar mahiyyəti üzrə deyil, hökumətin təqdim etdiyi təktərəfli bəyannamə və dostca anlaşmalar əsasında çıxarılıb.
"Hümeyir Əhmədov Azərbaycana qarşı” məhkəmə işi hüquq-mühafizə orqanlarının ərizəçinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlıdır.
Ərizəçi iddia edib ki, ölkədən çıxışına qadağa qoyulması onun Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi ilə təminat altına alınan hərəkət azadlığı hüququnu pozub.
Sözügedən işdə tərəflər dostca anlaşıb. Anlaşmaya görə, hökumət mənəvi zərərə görə ərizəçiyə 5000, xərc və məsrəflərə görə isə 1000 avro ödəməlidir.
Bir gün sonra məhkəmə qarşısına çıxarılıb, dini məclislərin təşkili və keçirilməsi qaydalarının pozulmasında günahkar bilinib, inzibati qaydada 500-1500 AZN cərimə olunublar. Şikayətləri yuxarı məhkəmələrə rədd edilən ərizəçilər AİHM qarşısında iddia ediblər ki, şəxsi həyata hörmət (dini etiqad azadlığı (Maddə 9), toplaşmaq azadlığı (Maddə 11) və ayrı-seçkiliyin qadağan olunması (Maddə 14) hüquqlarına müdaxilə olub.
Ərizənin kommunikasiyası zamanı hökumət iddia olunan pozuntuları tanıyıb. Mənəvi zərərə və xərclərə görə ərizəçilərin hər birinə 3000 avro ödəməyi təklif edib. Ərizəçilər hökumətin bəyannaməsindəki təklifləri qəbul etməsələr də, AİHM bəyannaməni əsas götürüb. Qərara görə, ərizəçilərin hər birinə 3 min avro (cəmi 15 min avro) ödənilməlidir.
Avropa İnsan Hüquqları Məhkəməsi "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiya əsasında yaradılmış beynəlxalq məhkəmədir. İnzibati binası Fransanın Strasburq şəhərində yerləşir.
Cari il 31 martda Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qərarlarının icrası üzrə ilik hesabatını açıqlayıb. Hesabat görə, Azərbaycan 5 ildir ki, məhkəmənin 31 qərarını icra etmir. Hesabatda Azərbaycan ötən il AİHM qərarlarının icrasını gözlədiyi 5 ölkə sırasında yer alıb. Azərbaycanda 271 qərar icrasını gözləyir. 2020-ci ildə isə 231 qərar icra olunmamış idi. Bu qərarların tam yerinə yetirilmədiyi bildirilir.
Cari il 31 martda Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qərarlarının icrası üzrə ilik hesabatını açıqlayıb. Hesabat görə, Azərbaycan 5 ildir ki, məhkəmənin 31 qərarını icra etmir. Hesabatda Azərbaycan ötən il AİHM qərarlarının icrasını gözlədiyi 5 ölkə sırasında yer alıb. Azərbaycanda 271 qərar icrasını gözləyir. 2020-ci ildə isə 231 qərar icra olunmamış idi. Bu qərarların tam yerinə yetirilmədiyi bildirilir.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























