Sabah bu rayonlarda qaz kəsiləcək

Mayın 26-sı saat 10:00-dan etibarən təmir işləri başa çatanadək "Çənlibel” və "Gədəbəy” QPS-lərdən, "Zəhmət” və "Morul” QTM-lərdən, "Yastı Meşə” və "28 May (Aran)” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə "Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilir ki, bu, "Qaz İxrac” İdarəsinə məxsus "Şəmkir-Gədəbəy” yüksək təzyiqli magistral qaz xəttində yaranmış qaz sızmalarının ləğvi və "Aran” QPS-də görüləcək təmir işləri ilə əlaqədardır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























