• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Məşğulluq Agentliyindən - ŞİKAYƏT

Dövlət Məşğulluq Agentliyindən - ŞİKAYƏT
27.05.2022 14:46
Dövlət Məşğulluq Agentliyi vətəndaşları işlə təmin edə bilmir. Bunu işlə təminatla bağlı Dövlət Məşğulluq Agentliyinə müraciət etmiş şikayətçi Gülüş Səbziyeva bildirib.
 
"Mənə  9 saatlıq iş günü müqabilində  aylıq əmək haqqı 350 manat və ya maksimum 400 manat olan iş yerləri təklif edilir. Tələbə olduğum vaxtlarda Dövlət Məşğulluq Agentliyi məni hər hansı bir işlə təmin etmirdi. Amma indi universiteti bitirdikdən sonra, mənə təklif edilən iş şərtləri də heç ürəkaçan olmayıb. Şikayətim tək maaş və iş saatı ilə bağlı deyil. Tək mən yox, ümumiyyətlə, çox adam bunu bilir ki, Dövlət Məşğulluq Agentliyi təcrübəyə ehtiyac duyulmayan işlərə görə də, təcrübə tələb edir. Əgər mənə tələbəlik illərimdə praktiki iş üçün imkan yaradılmayıbsa və universiteti bitirdikdən sonra ilk dəfə iş üçün müraciət etmişəmsə, həmin sahədə əvvəllər necə iş təcrübəm ola bilər ki?”, - Sebziyeva bildirib. .
 
Mövzu ilə bağlı Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nizamiqızı deyir ki,  iş üçün müraciət edən şəxslər www.e-sosial.az saytına daxil olaraq, özləri üçün uyğun olan vakansiya üzrə seçim edə bilərlər.
 
"Hər vakansiyaya dair müəyyən bir əmək haqqı nəzərdə tutulub. Müraciət edən şəxsin peşə qabiliyyəti burada əsas götürülür. Əgər vətəndaş üçün vakansiya bankında münasib bir iş yoxdursa, biz onu başqa bir məşğulluq istiqamətinə yönləndiririk. Bizim funksiyamız yalnız vətəndaşı işlə təmin etməkdən ibarət deyil. Həmçinin biz, özünüməşğulluq proqramını həyata keçiririk. Yəni, uyğun vakansiya tapılmayanda, biz həmin şəxsi müəyyən bir peşəyə istiqamətləndirə bilərik.” – o qeyd edib.
 
Dövlət Məşğulluq Agentliyinin bu ilə olan statistikasına görə, 3736 nəfər özünüməşğulluq proqramına qoşulub.
 
Bundan əlavə, bu il üzrə 13736 nəfər isə uyğun vakansiyalar üzrə iş ilə təmin edilib.
 
Azərbaycanda işsizlərin sayı 2022-ci ildə artaraq 315.8 nəfər təşkil edib. DSK-nın verdiyi məlumata görə, 2022-ci ildə iqtisadi fəal əhalinin sayı 5 milyon 304.3 min nəfər olaraq, 4 milyon 988.5 min nəfərini məşğul əhali təşkil edib.
 
Cavanşir Qasımov

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol